AZ

Toy axşamı bəyi bıçaqladılar İsmayıllıda DƏHŞƏT

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb.

Redaktor.az unikal-a istinadla xəbər verir ki, sentyabrın 28-də gecə radələrində rayonun Talıstan kəndində şəxsi münasibətlər zəminində insident olub.

Hadisə nəticəsində rayon sakinləri – 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.

Məlumata görə, hadisə toydan sonra olub və bıçaqlananlardan biri Səid adlı bəydir.

Faktla bağlı araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
23
redaktor.az

10Mənbələr