AZ

Əl İttihad italiyalı baş məşqçi ilə danışıqlara başlayıb

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

İtaliyalı baş məşqçi Luçano Spaletti "Əl-İttihad"ın yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin özlərinə görə, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi 66 yaşlı italiyalı ilə danışıqlara başlayıb. "Barselona"nın sabiq baş məşqçisi Xavi və "Milan"ı çalışdırmış Serxio Konseysao da namizədlər arasındadır.

Qeyd edək ki, "Əl-İttihad" rəhbərliyi sentyabrın 28-də "Əl-Nəsr"ə 0:2 hesablı məğlubiyyətdən sonra Loran Blanla yolları ayırıb.

Spaletti karyerası ərzində Sankt-Peterburq "Zenit"ini, "Roma"nı, "İnter"i, "Napoli"ni və İtaliya millisini də çalışdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
sport24.az

1Mənbələr