AZ

Rusiya xizək idmanının əfsanəsində dopinq aşkarlanıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Üçqat Rusiya çempionu Andrey Parfenov dopinq-testindən keçə bilməyib.

İdman.biz xəbər verir ki, bu barədə “Lıjnıye qonki 47” teleqram kanalı məlumat yayıb.

Yoxlamadan sonra götürülən analizlərdə idmançının orqanizmində mildronat (mildonium) aşkarlanıb.

Bildirilib ki, baş verənlərin bütün səbəblərini öyrənmək və gələcəkdə bu cür halların qarşısını almaq üçün hərtərəfli daxili araşdırma aparılacaq. Bununla belə, fakt qeydə alınıb. İdmançı, hətta bunu qəsdən etməsə belə, anti-dopinq qaydalarının pozulmasına görə tam məsuliyyət daşıyır.

Qeyd edək ki, 37 yaşlı Parfenov xizək yarışlarının sprint növündə Rusiya çempionatının üçqat qalibi olub. O, 2009-cu ildə Rusiya yığmasının heyətində çıxış edib və dünya çempionatında 4-cü yeri tutub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr