AZ

"Porsche", "Lamborghini" və "Audi" avtomobillərində yanğın təhlükəsi aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Volkswagen" şirkəti yanğın təhlükəsinə görə üç marka - "Porsche", "Lamborghini" və "Audi"yə məxsus bir sıra avtomobillərin geri çağırıldığını elan edib.
Oxu.Az "Carscoops"a istinadən xəbər verir ki, geri çağırılmaya "Lamborghini Urus" krossoverləri ilə bağlı iki insident səbəb olub. Avtomobillərdən biri alovlanıb, digəri yanacaq axıdıb.
Geri çağırılma 107 ədəd "Porsche Panamera" və "Cayennes", 14 ədəd "Lamborghini Urus" və bir ədəd "Audi SQ7"yə aiddir. Avtomobillər 2024-cü ildən bu günə qədər istehsal olunub.
Ehtimal olunur ki, yanacaq nasosu etibarlı şəkildə bağlanmayıb və bu da yanacaq sızmasına səbəb olub. Məlumata görə, dilerlər lazımi ehtiyat hissələrini pulsuz dəyişdirəcəklər.
Seçilən
16
1
oxu.az

10Mənbələr