AZ

Gəncədə iki avtomobil toqquşdu: üç nəfər yaralandı

Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, qəza şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.

Hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə, Gəncə sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Pepperoni pizza

Hadisə ilə bağlı araşdırma davam edir.


Telegram kanalımız
Seçilən
22
4
yenisabah.az

5Mənbələr