AZ

Qusarda şəhidlərin məzarları ziyarət olundu - FOTO

Qusar rayonunda I və II Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb.

Bizim.Media vəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Urva kəndinə gələrək onların məzarlarını ziyarət edib.

Həmçinin Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının bütün şöbə müdirləri, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də Qusar şəhəri və rayonun müxtəlif kəndlərində I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Şəhidlərin xatirəsini anılıb, ruhlarına dualar oxunub, qəhrəmanlarımızın dövlətimizin ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz fədakarlığın hər zaman minnətdarlıqla yad ediləcəyi diqqətə çatdırılıb.

Anım mərasimlərində şəhid ailələri, məktəb şagirdləri də iştirak edib, şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
9
bizim.media

1Mənbələr