AZ

Rusiya yığmasının stolüstü tennisçisi: Azərbaycan taktiki cəhətdən yaxşı hazırlaşmışdı

ain.az, Idman.biz saytına istinadən bildirir.

"Azərbaycanın stolüstü tennisçilərdən ibarət qarışıq qoşa komandası Rusiyaya qarşı taktiki cəhətdən yaxşı hazırlaşıb".

İdman.biz xəbər verir ki, bunu Rusiya millisinin üzvü Yevgeni Vasikov yarımfinal matçından sonra jurnalistlərə açıqlamasında deyib.

O, görüşün çətin keçdiyini söyləyib: "Matç çox çətin keçdi, çünki üçüncü partiyada 2:7 hesabı ilə uduzduq. Azərbaycandan olan cütlük matça çox yaxşı hazırlaşmışdılar. Görünür, mənim və komanda yoldaşımın qarışıq cütlükdə necə oynadığımıza baxmışdılar. Onlar taktiki cəhətdən və mənəvi olaraq çox yaxşı hazırlaşmışdılar, lakin biz bu matçı çevirə bildik".

O, finalda yaxşı tennis nümayiş etdirəcəklərinə inanır: "Finalda öz komanda yoldaşlarımızla oynayacağıq. İki rus cütlüyü var. Ümid edirik ki, gözəl tennis nümayiş etdirəcəyik".

Qeyd edək ki, qarışıq qoşa komandalar arasında keçirilən görüşdə Azərbaycan millisini məğlub edən Rusiya finala yüksəlib. Stolüstü tennis yarışlarına sabah yekun vurulacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr