AZ

Süleyman İsmayılzadə: III MDB Oyunları mənim üçün yaxşı başladı

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

III MDB Oyunlarının çərçivəsində Gəncə İdman Sarayında edən üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib.  Kişilər arasında 1 500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rusiyalı Aleksandr Filipets qızıl medal, Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə - gümüş medal, daha bir rusiyalı Boqdan Toropkin isə bürünc medal qazanıb.

Süleyman İsmayılzadə KİV-ə açıqlamasında bildirdi ki, III MDB Oyunları mənim üçün yaxşı başladı. 

O, qarşıdakı günlərdə qızıl medal qazanmaq istədiyini bildirib: "Azərbaycan üzgüçüləri MDB Oyunları tarixində ilk dəfə medallar qazandı. Uşaqları təbrik edirəm. Rəqiblərimiz güclü olsa da, layiqli mübarizə apardıq və fəxri kürsüdə yer aldıq".

Cavid QAÇAYEV (foto)

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr