AZ

Avropa çempionatında çıxış edəcək parabadmintonçularla görüş keçirilib

Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev 30 sentyabr - 10 oktyabr tarixləri arasında Türkiyənin İstanbul şəhərində parabadminton üzrə Avropa çempionatında iştirak edəcək milli komandanın oyunçuları və ailə üzvləri ilə görüşüb.

ABF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, federasiya rəsmisi idmançılara qarşıdakı turnirdə uğurlar arzulayıb.

Komandanın baş məşqçisi Teymur Abbasov parabadmintonçuların hazırlıq prosesi ilə bağlı məlumat verərək Avropa çempionatında ölkəmizi uğurlu təmsil etmək üçün əllərindən gələni edəcəklərini deyib.

Azərbaycan ilk dəfə parabadminton üzrə Avropa çempionatında geniş heyətlə təmsil olunacaq. Milli komanda qitə çempionatına 10 idmançı ilə qatılacaq. İbrahim Əliyev, Minəbəyim Rəhmanzadə, Nicat Allahverdiyev, Ayan Əliyeva, Zəhra Salmanlı, Nərmin İsgəndərova, Əli Məhərrəmov, Fatimə Muradova, Nigar Mehdiyeva və Fərid Mayılov Avropa çempionatında müxtəlif kateqoriyalarda yarışacaqlar.

Seçilən
23
3
90deqiqe.az

5Mənbələr