AZ

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”

Seçilən
64
12
cebheinfo.az

10Mənbələr