1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanda müxalif siyasətçi, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın və onun dostu, polis Karen Abramyanın qətlinin üstü açılıb.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha bir şəxs saxlanılıb, o, atəş açdığını etiraf edib.
Xatırladaq ki, sentyabrın 26-da sözügedən cinayət işi şübhəli şəxs qismində bir nəfər saxlanılmışdı.
Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə "Aprelu Yerkir" partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polis dostu Karen Abramyan da həlak olub.
Partiyanın lideri hazırda Bakıda həbsdə olan Ruben Vardanyandır.