AZ

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

Rusiyanın Buryatiya bölgəsində, Ulan-Ude onkoloji mərkəzində 65 yaşlı xəstənin analizlərindəki qarışıqlıq səbəbindən tam sağlam böyrəyi çıxarılıb.

Bu barədə Baza yazıb.

Cərrah əməliyyatdan sonra “15×7 sm ölçüdə şiş” götürdüyünü bildirib, lakin sonradan məlum olub ki, heç bir şiş olmayıb.

Xəstə bununla bağlı jurnalistlərə belə deyib:

“Sadəcə üzr istəyirlər! Axı böyrək yoxdur. Mən niyə onlara güvəndim? Bu, həyat yox, dəhşətdir.”
 

Buryatiyanın səhiyyə nazirinin müavini Natalya Loqina buna görə qadından üzr istəyib.


İstintaq Komitəsi səhlənkarlıq nəticəsində sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açıb. Qadın onkoloji mərkəzdən ya böyrək transplantasiyası, ya da maddi kompensasiya tələb edir.

Seçilən
28
2
news365.az

3Mənbələr