AZ

“Ayaks” azarkeşlərini Fransaya apara bilməyəcək

“Ayaks” UEFA Çempionlar Liqasının 2-ci turunda “Marsel”lə keçirəcəyi matça azarkeşlərini dəvət edə bilməyəcək.

KONKRET.az xəbər verir ki, oyun sentyabrın 30-da Fransada olmalıdır.

Niderland klubuna özü ilə azarkeş gətirməyi Fransa Daxili İşlər Nazirliyi qadağan edib.

Nazirliyin yaydığı sənəddə “Ayaks”ın səfərlərinin bəzi azarkeşlərin aqressiv davranışı səbəbindən tez-tez iğtişaşlar mənbəyinə çevrildiyi və iki klubun azarkeşləri arasında rəqabətin “uzun illər ərzində düşmənçiliklə yadda qaldığı” bildirilir.

Seçilən
17
5
konkret.az

6Mənbələr