AZ

Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Bu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək.Ulusum.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.Bu gün, həmçinin 3 növ üzrə yarışlara start veriləcək. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük, Şəki şəhər stadionunda çövkən yarışları baş tutacaq. Stend atıcılığında qarışıq komanda, qadın və kişilərin fərdi yarışları, üzgüçülükdə sərbəst, arxası üstə, brass, kəpənək və qarışıq proqramlar üzrə yarışlar təşkil olunacaq.Azərbaycan çövkən millisi isə A qrupunda Qırğızıstanı sınağa çəkəcək. B qrupundakı matçda Özbəkistan Qazaxıstanla üz-üzə gələcək.Yarışlardan sonra turnirin açılış mərasimi təşkil olunacaq. Gəncə Şəhər Stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.R.DaşdəmiroaUlusum.az

Diqqət Çəkənlər

27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol

Ən maraqlı bürclər

Astaranı sel vurdu: 30 nəfər, o cümlədən 10 uşaq təxliyə olundu VİDEO

Seçilən
29
18
ulusum.az

10Mənbələr