AZ

Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək.

Demokrat.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq.

Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.

Bu gün, həmçinin 3 növ üzrə yarışlara start veriləcək. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük, Şəki şəhər stadionunda çövkən yarışları baş tutacaq. Stend atıcılığında qarışıq komanda, qadın və kişilərin fərdi yarışları, üzgüçülükdə sərbəst, arxası üstə, brass, kəpənək və qarışıq proqramlar üzrə yarışlar təşkil olunacaq.

Azərbaycan çövkən millisi isə A qrupunda Qırğızıstanı sınağa çəkəcək. B qrupundakı matçda Özbəkistan Qazaxıstanla üz-üzə gələcək.

Yarışlardan sonra turnirin açılış mərasimi təşkil olunacaq. Gəncə Şəhər Stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.

Seçilən
5
18
demokrat.az

10Mənbələr