İtaliyanın Ankona əyalətində maliyyə qvardiyası ölkə tarixində ən böyük qanunsuz saxta siqaret fabriki aşkarlayıb.
Publika.az xəbər verir ki, 1600 kvadratmetrdən çox ərazini tutan istehsal obyekti ustalıqla kamuflyaj edilmiş yeraltı bunkerdə gizlədilib.
"Qeyri-qanuni fabrikə giriş mürəkkəb hidravlik qurğu vasitəsilə həyata keçirilib. Bu qurğu bunkeri ideal şəkildə gizlədib. Orada avadanlıq və tonlarla kontrafakt siqaret yerləşdirilib.", - Maliyyə Mühafizəsinin rəsmiləri bildirib.
Aşkar edilmiş obyekt ildə təxminən 2,7 milyard siqaret istehsal edə bilər ki, bu da gündəlik təxminən 7,2 milyon siqaretə bərabərdir.