AZ

Qadın xərçəng olduğunu idman edəndə bildi



Böyük Britaniya sakini Qrenni Morgan təsadüfən yumurtalıq xərçəngi olduğunu aşkar edib.


“Medicina” xəbər verir ki, o, Daily Mirror-a xəstəliyinin gözlənilməz ilk əlaməti haqqında danışıb.


Qadın qeyd edib ki, 2022-ci ildə ginekoloq qəbuluna gedib və təsadüfən həkimə bir neçə həftə əvvəl qarnında əzələ çəkildiyi hissi olduğunudeyib. O, belə xatırlayır:

"Mən sürətli templə əzələ dartılması edirdim və ağrı hiss edirdim. Bu ağrı əzələ ağrısı kimi hiss olunurdu".

Xəstənin dediyinə görə, həkim dərhal onu ultrasəsə göndərib, orada böyük yumurtalıq kistası aşkarlanıb.

Şiş tezliklə uğurla çıxarıldı, lakin onun hüceyrələrinin beş faizinin bədxassəli olduğu ortaya çıxdı. "Mənə mərhələ 1Ayumurtalıq xərçəngi diaqnozu qoyuldu. Bu, xərçəngin nadir və aqressiv formasıdır".

Əməliyyatdan sonra britaniyalı qadın kimyaterapiya keçdiyindən saçları tökülmüş və kökəlmişdi, lakin o, xəstəliyin erkən aşkarlandığı üçün şanslı olduğuna inanır. O, digər qadınları hətta kiçik simptomlar olduqda belə həkimə getməyə çağırıb.


Aygün Musayeva


Seçilən
25
1
medicina.az

2Mənbələr