AZ

La Liqada “Xetafe” və “Levante” heç-heçə oynayıblar

İspaniya La Liqasının 7-ci turunda “Xetafe” doğma meydanda “Levante” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.biz-in məlumatına görə, 26-cı dəqiqədə qonaq komandanın hücumçusu İvan Romero hesabı açıb. Meydan sahibləri 57-ci dəqiqədə Xuan İqlesiasın qolu sayəsində hesabı bərabərləşdiriblər.

“Xetafe” bu oyundan sonra (11 xal) La Liqada 5-ci yerdədir. “Levante” (5) turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

İdman.biz

Seçilən
23
1
idman.biz

2Mənbələr