AZ

O balasından, mən də balamdan doymadım - Şəhid valideynləri övladlarını andılar (FOTO)

Bakı. Trend:

27 sentyabr Anım günü ilə əlaqədar Azərbaycan xalqışəhidlərimizi anmaq üçün Hərbi Memorial Məzarlığa axın edir.Şəhidlərin valideynləri, övladları, doğmaları onların məzarlarıbaşında dualar oxuyub, yad edirlər.

Trend bir neçəşəhid valideyni ilə həmsöhbət olub.

“Vətən müharibəsinin başladığı ilk günlərdən oğlum döyüşlərəqatılıb. Kəlbəcər-Murovdağ, Füzuli-Cəbrayıl istiqamətlərində döyüşəməliyyatlarında iştirak edib. Oğlum Cəbrayıl ərazisində oktyabrın5-i döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidolub”.

Bu fikirləri Trend-ə açıqlamasında şəhid Baş leytenant KamranKazımovun atası Qurbanəli Kazımov bildirib. O, şəhidlərimizinqanının yerdə qalmadığı, torpaqlarımızın düşmən işğalından xilasedildiyi üçün qürurlu olduğunu vurğulayıb.

“Oğlumla son danışığımız oktyabrın 3-də olub. Kamran şəhidolanda 2 övladı var idi. Qəhrəmancasına həlak olduqdan sonra birövladı da dünyaya gəlib. Həmin övladı hər zaman atasını qəbrininüstünə gələrək burada anır”, - deyə əlavə edib.

Şəhid Mayor Ramid Hacıyevin anası Solmaz Əzimova oğlunu anarkənbu fikirləri səsləndirib:

“Oğlumla son görüşümüz sentyabrın 18-i oğlu Əlinin ad günündəolub. Ramid Suqovuşanda şəhid olub. 3 övladı var. Balamın şəhidolacağını bilsəydim doyunca qucaqlayıb öpərdim. Biz şəhid analarıAli Baş Komandanımızın rəhbərliyi ilə Dəmir yumruq altındabirləşmişik”.

Şəhid Kapitan Elvin Kazımovun anası Fədayə Kazımova oğluhaqqında fikirlərini bölüşüb:

"Bütün şəhidlərimizin ruhu şad olsun. Oğlum haqqında nə qədərdanışsam da onu ifadə etməyə cümlələrim yetərsiz qalar. Hər işdəçox qoçaq idi. Oğlumun gözündə qorxu yox idi".

Fədayə Kazımova qeyd edib ki, Elvin könüllü olaraq döyüşlərəqatılıb:

“Oğlum Aprel döyüşlərində iştirak edib yaralanmışdı. AzərbaycanAli Hərbi Məktəbinə müəllim olaraq yeni işə düzəlmişdi. Şəhidolanda ailəli idi. O balasından, mən də balamdan doymadım”.

O
O
O
Seçilən
35
2
az.trend.az

3Mənbələr