AZ

Günəş aktivliyi yüksəlir: Bir neçə güclü partlayış qeydə alınıb

Sentyabrın 26-27-də bir neçə güclü günəş partlayışı baş verib.

Doğru.az xəbər verir ki, Tətbiqi Geofizika İnstitutu (“IPG”) məlumatına görə, sentyabrın 26-da axşam saatlarında 18 dəqiqə davam edən M1.6 gücündə məşəl qeydə alınıb. Sentyabrın 27-də isə Moskva vaxtı ilə səhər saat 6:59-da M1.0, saat 7:23-də isə M1.1 gücündə məşəllər müşahidə olunub.

Alimlər bildirirlər ki, yaxın günlərdə Yer kürəsində günəş aktivliyinin artması gözlənilir.

DOĞRU.AZ

Seçilən
29
dogru.az

1Mənbələr