AZ

Tərtərdə şəhidlər yad edilib, ehsan süfrəsi açılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərtər, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 27-də ölkənin bütün ərazisində olduğu kimi, Tərtərdə də şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri Tərtər şəhərindəki Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.

Sonra Anım Gününə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhuna ehtiram olaraq şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, Vətən uğrunda canlarını qurban verən qəhrəmanlardan söhbət açıb. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tarix yazdı. 19 sentyabr 2023-cü il tarixdə isə ordumuz lokal xarakterli antiterror əməliyyatları keçirdi və suverenliyimiz tam bərpa olundu.

Sonda hərbi hissələrdə əsgərlər tərəfindən şəhid ailələrinə yazılmış məktublar şəhid ailələrinin üzvlərinə təqdim edilib, 44 günlük Vətən müharibəsi zamanı Tərtər rayonuna həsr edilmiş tarixi-sənədli film nümayiş olunub.

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azertag.az

2Mənbələr