Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bundan beş il əvvəl 27 sentyabr 2020-ci ildə Qarabağı azadlığına qovuşduran tarixi proses start götürdü. 2. Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycanın Zəfəri ilə nəticələndi.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın 44 günlük Vətən müharibəsinə həsr olunmuş süjetində qeyd olunub.
Bildirilib ki, 44 günlük müharibədə qələbədən sonra Cənubi Qafqazda dayanıqlı sülhə aparan yol açılıb. Süjetdə həmçinin tarixi proses ərzində baş verən hadisələrə diqqət çəkilib. Azərbaycanın həm döyüş meydanı, həm də siyasi müstəvidə qələbəyə aparan uğurlu addımlarından bəhs olunub.
"Haber Global": "Həm döyüş meydanı, həm də siyasi müstəvidə Zəfərə gedən yol"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.