AZ

Xaçmaz rayonunda 27 Sentyabr – Anım Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər vəictimaiyyət nümayəndələri 27 Sentyabr – Anım Günündə Xaçmazşəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Trend xəbərverir ki, rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xiyabandaalovlanan məşəlin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovunbüstü ziyarət olunub, Xaçmazdan olan bütün şəhidlərin xatirəlövhələri önünə tər qərənfillər düzülüb.

Elnur Rzayev şəhid ailələri və qazilərlə səmimi söhbət edib,onların qayğıları ilə maraqlanıb. O, Azərbaycan Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyisayəsində Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinintam bərqərar olduğunu qeyd edib.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarınıbildiriblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsibir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin vəpiyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnallarıverilib.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Məqalədə:
Seçilən
27
3
az.trend.az

10Mənbələr