AZ

Xaçmaz rayonunda 27 Sentyabr - Anım Günü qeyd edilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 27 Sentyabr - Anım Günündə Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

Moderator.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət olunub, Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb.

Elnur Rzayev şəhid ailələri və qazilərlə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərqərar olduğunu qeyd edib.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

 

 

Seçilən
4
3
moderator.az

10Mənbələr