AZ

ABŞ mediası: Zelenski Trampdan bu silahı da istədi

Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp bu yaxınlarda görüşüb.

Turkustan.az xəbər verir ki, Donald Tramp Zelenski ilə görüşdən sonra “Truth Social” sosial media platformasında Ukraynanın öz ərazilərini Rusiyadan geri ala biləcəyini açıqlayıb.

Tramp açıqlamasında Rusiya iqtisadiyyatının və Rusiya prezidenti Vladimir Putinin böyük problem içində olduğunu, Rusiyanın 3,5 ildir ki, real hərbi gücün bir həftəyə sona çata biləcəyi müharibədə mübarizə apardığını bildirib.

ABŞ prezidenti "Onlar kağız pələnglərə belə bənzəyirlər" dedi.

Donald Tramp da silah dəstəyi verməyə davam edəcəklərinə işarə edərək, Ukraynanın istifadəsi üçün NATO-ya silah satmağa davam edəcəklərini bildirib.

“Axios” yazır ki, Zelenskinin Donald Trampla görüşü zamanı orta mənzilli “Tomahawk” qanadlı raketlərini istəyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr