AZ

XRİTDX-nin rəhbər heyəti Anım günü ilə bağlı Zəfər Parkını ziyarət edib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər heyəti Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət etmiş, Zəfər abidəsi önünə gül dəstələri qoymuşlar.

Dövlət qurumundan XQ-ə verilən məlumata əsasən, Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.

XQ

Seçilən
31
7
xalqqazeti.az

9Mənbələr