AZ

Tehran 3 Avropa ölkəsindəki səfirlərini təcili geri çağırdı

İran Almaniya, Fransa və Böyük Britaniyadakı səfirlərini Tehranda məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

Azreform.info İran mediasına istinadən xəbər verir ki, Tehran  diplomatlarını BMT Təhlükəsizlik Şurasının əvvəllər ləğv edilmiş qətnamələrini bərpa etmək üçün sürətli cavab mexanizmindən sui-istifadə edən üç Avropa ölkəsinin məsuliyyətsiz hərəkətlərinə cavab olaraq geri çağırıb. 

Cümə günü İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri etibarsız və heç bir hüquqi qüvvəyə malik deyil. 

Nazir bu bəyanatı Təhlükəsizlik Şurasında İran və digər ölkələr arasında 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində sanksiyaların bərpasını nəzərdə tutan qondarma “snapback” mexanizminin işə salınıb-aktivləşdirilməməsi ilə bağlı səsvermədən sonra çıxışı zamanı verib.

Birləşmiş Ştatlar və onun müttəfiqləri, o cümlədən “Avropa üçlüyü” sanksiyaların həftə sonuna qədər bərpa olunmasını təmin etmək məqsədilə məsələ ilə bağlı qətnamə layihəsinə veto qoyub.

Mürtəza

Seçilən
21
24
azreform.info

10Mənbələr