Müəllif: Tamara Mustafayeva, Banco.az
İraq-Türkiyə boru kəmərində neft axını bərpa olunub.
Banco.azxəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar sosial media hesabında İraq-Türkiyə Xam Neft Boru Kəmərinin açılışı ilə bağlı paylaşım edib.
Paylaşımında boru kəməri ilə neftin axınının yenidən başladığını bildirən Bayraktar qeyd edib:
“6 fevral 2023-cü ildə baş verən zəlzələlər səbəbindən müvəqqəti olaraq bağlanan və 4 oktyabr 2023 tarixində BOTAŞ tərəfindən əməliyyata hazır vəziyyətə gətirilən İraq-Türkiyə Xam Neft Boru Kəmərindən bu gün səhər saat 07:07-dən etibarən neft axını yenidən başlamışdır.”
Bizi sosial şəbəkələrdən izləyin!!