AZ

“Monako” baş məşqçisi: “Poqba hələ tam hazır deyil”

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Monako”nun baş məşqçisi Adi Hyütter komandanın yeni transferi Pol Poqbanın bərpa prosesi barədə açıqlama verib.

İdman.biz xəbər verir ki, mütəxəssis fransalı futbolçunun hələ tam hazır olmadığını bildirib:

“Pol ilə məşqlərdə yükünü tədricən artırırıq. Hazırda bərpa mərhələsindəyik”, – deyə A.Hyütter qeyd edib.

Xatırladaq ki, Pol Poqba bu yay dopinq səbəbilə aldığı diskvalifikasiyanın başa çatmasından sonra azad agent kimi “Monako”ya keçib. O, Avropa Liqasının qalibi, İtaliyanın 4 qat çempionu, 2 qat İtaliya Kuboku qalibi, Fransa millisinin isə 2018-ci il Dünya Çempionu və Millətlər Liqasının qalibidir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
icma.az

2Mənbələr