AZ

Minlərlə insan işdən çıxarılacaq - Nəhəng şirkətdən qərar

Müəllif:Mehin Qasımova,Banco.az

Alman hava yolu şirkəti "Lufthansa Group" inzibati işçilərini ixtisar edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, alman mətbuatında çıxan xəbərlərə görə, Lufthansa-nın baş direktoru Carsten Spohr bu gün şirkətdaxili iclasda inzibati xərclərin 20 faiz azaldılması lazım olduğunu açıqlayıb.

Şirkətin xərcləri azaltma planının onun təxminən 15 000 inzibati işçilərinin 20 faizinə təsir edəcəyi gözlənilir.

Şirkət  ixtisarlarla bağlı rəsmi  açıqlama verməsə də, şirkətin sentyabrın 29-da kapital bazarları günündə xərcləri azaltma planını açıqlayacağı gözlənilir.

Şirkətdə  təxminən 103.000 işçi işləyir.

Seçilən
17
banco.az

1Mənbələr