AZ

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xətai rayonunda ağacəkmə aksiyası təşkil olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



27 Sentyabr - Anım Günü ilə əlaqədar Xətai rayonunda silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Tədbirlər çərçivəsində Gənclik parkının ərazisində ağacəkmə aksiyası təşkil olunub. Şəhidlərin əziz xatirəsinə ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlaşdırma işləri aparılıb. Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin xatirəsinin unudulmaması və ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra RİH tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub. Mərasimdə RİH başçısı Rafiq Quluyev çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Rafiq Quluyev şəhidlərin ailə üzvlərinə və yaxınlarına Allahdan səbir diləyib və bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb. Azərbaycanın qəhrəman ordusu onların qisasını layiqincə alıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünün bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuzu vurğulayıb. RİH başçısı bu gün işğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.
Digər çıxış edənlər ordumuzun döyüş meydanında düşməni necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın qarşısını almağa qadir olduğundan söz açıblar. İcra başçısı daha sonra şəhid ailələri və qazilərin hər biri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Seçilən
20
50
oxu.az

10Mənbələr