AZ

“Maklaren”in rəhbəri: “Belə şey Mixael Şumaxerin də başına gəlib”

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Maklaren”in rəhbəri Andrea Stella komandasının avstraliyalı sürücüsü Oskar Piastrinin Azərbaycan Qran-prisində zəif çıxışından narahat olmadığını bildirib.

İdman.biz bildirir ki, Oskar Piastrinin bolidi Bakı trasının birinci dövrəsində maneəyə çırpılıb və pilot yarışdan çıxıb.

“Mən bir çox “Formula-1” çempionları ilə işləmişəm. Onlar qalib gəldikləri mövsümlərdə bu cür uğursuzluqlarla üzləşiblər. Hətta Mixael Şumaxer kimi ən yaxşı pilotların da başına belə hadisələr gəlib. Bu, sadəcə həmin yarışın nəticəsi idi. Oskar məğlubiyyətlə üzləşdi. Bu, nə sürpriz, nə də istisna deyil, ona görə də narahat olmamalıyıq. Çünki belə hadisə, demək olar ki, hər bir çempionun, hətta ən yaxşı nəticə göstərənlərin də başına gəlib”, - Stella deyib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
icma.az

2Mənbələr