12 ölkə Fələstin Milli Administrasiyasına (PNA) maliyyə dəstəyi göstərmək üçün koalisiya yaradıb.
APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş kommünikedə deyilir.
"Bu gün Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İrlandiya, İspaniya, Norveç, Səudiyyə Ərəbistanı, Sloveniya, Fransa, İsveçrə və Yaponiya Fələstin Milli Administrasiyasının maliyyə dayanıqlığını təmin etmək üçün fövqəladə koalisiya yaratdıqlarını elan ediblər", - kommünike qeyd olunub.
Sənəddə həmçinin vurğulanır ki, koalisiya PNA-nın üzləşdiyi kəskin və görünməmiş maliyyə böhranına cavab olaraq yaradılıb.
Onun əsas məqsədi PNA-nın maliyyəsini sabitləşdirmək və idarə etmək, həyati xidmətlər təqdim etmək və təhlükəsizliyi qorumaqdır.
Koalisiya ölkələri həmçinin İsraildən Fələstinin bütün gömrük gəlirlərinə qoyulan bloklanmanı və Fələstin Muxtariyyətini əngəlləyən və ya zəiflədən və ya onun mövcudluğunu təhdid edən hər hansı tədbirləri dayandırmağı tələb ediblər.