AZ

Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaradılıb

Bakı. Trend:

12 ölkə Fələstin Milli Administrasiyasına maliyyə dəstəyi üçünkoalisiya yaradıb.

Trend xəbər verir ki, bubarədə Fransa Xarici İşlər Nazirliyi bildirib.

"Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İrlandiya,İspaniya, Norveç, Səudiyyə Ərəbistanı, Sloveniya, Fransa, İsveçrəvə Yaponiya Fələstin Milli Administrasiyasının maliyyədayanıqlılığını təmin etmək üçün fövqəladə koalisiya yaratdıqlarınıelan ediblər", - bəyanatda deyilir.

Vurğulanıb ki, koalisiya Fələstin Milli Administrasiyasınınüzləşdiyi kəskin maliyyə böhranına cavab olaraq yaradılıb.

Seçilən
18
3
az.trend.az

7Mənbələr