AZ

Hindistanda 14 yaşlı qız on gün ərzində iki dəfə zorla evləndirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanda dəhşətli hadisə gündəm olub. Belə ki, ər-arvad bir ailədən 14 yaşlı qızı oğurlayıblar, sonra iki həftə ərzində iki dəfə ayrı-ayrı şəxslərlə pul müqabilində evləndiriblər.
Oxu.Az-ın "The Times of India" nəşrinə istinadla verdiyi məlumatra görə, hadisə Qucarat ştatında qeydə alınıb.
Bildirilir ki, qız oğurlandıqdan sonra bir kişiyə satılıb. Kişi iki gün qızı cinsi istismar etdikdən sonra naməlum səbəbdən onu buraxıb. Qız müstəqil şəkildə evinə çata bilib. Lakin 10 gün sonra cinayətkar cütlük yenə onu evindən qaçıraraq başqa kişiyə satıb. Bu şəxs də 10 gün ərzində yeniyetməni zorlayıb və müqavimət göstərəcəyi təqdirdə ağır nəticələrlə hədələyib. Qız qaçmaq istəyəndə yenidən cinayətkarların əlinə keçib. Lakin üçüncü şəxsə satılmazdan əvvəl polis işə müdaxilə edib. Belə ki, qızın qohumlarının hüquq-mühafizə orqanlarına müraciəti nəticəsiz qalmayıb.
Hadisə ilə bağlı oğurlama, cinsi köləliyə satma və azyaşlıya qarşı zorlama faktları üzrə cinayət işləri açılıb. Satıcılar və alıcılar da daxil olmaqla beş şübhəli şəxs saxlanılıb.
Seçilən
29
3
oxu.az

4Mənbələr