Ukraynanın Krivoy Roq şəhərində yerli sambo federasiyasının prezidenti Yevgeni Ponırko atışma nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın 24-cü kanalı məlumat yayıb.
Qətl hadisəsi törədilərkən daha bir nəfər yaralanıb.
Şahidlər yeddi atəş səsi eşitdiklərini bildiriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.