1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna hökuməti son bir ildə ABŞ-yə uzun mənzilli "Tomahavk" qanadlı raketlərinin satışı ilə bağlı dəfələrlə müraciət edib və bu raketləri bir neçə ay əvvəl Prezident Donald Trampdan tələb olunan silahlar siyahısına daxil edib, lakin rədd cavabı alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, "Tomahavk" raketləri Trampın Ukrayna üçün NATO ölkələrinə satmaqdan imtina etdiyi siyahıdakı yeganə silah sistemidir.
Bildirilib ki, Tramp Kiyevə ABŞ silahlarının satışına icazə verir, lakin onların Rusiya ərazisinə zərbələr endirmək üçün istifadəsini məhdudlaşdırır.