AZ

ABŞ Sahil Mühafizəsi 220 milyon dollardan çox dəyəri olan kokain ələ keçirib

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ Sahil Mühafizəsinin keçirdiyi əməliyyatlar nəticəsində 220 milyon dollardan çox dəyəri olan 13,5 ton kokain müsadirə edilib.

"Report" xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

"ABŞ Sahil Mühafizəsi son vaxtlar narkotik daşıdığı iddia edilən qayıqların saxlanılması zamanı 220 milyon dollardan çox dəyəri olan kokain ələ keçirdiyini bildirib", - məlumatda qeyd olunub.

Reydlər avqust və sentyabr aylarında Meksika, Mərkəzi Amerika və Cənubi Amerika sahillərindəki sularda həyata keçirilib. ABŞ hüquq-mühafizə orqanları yanan gəminin fotosunu yayıb. Bununla belə, kanal vurğulayır ki, gəminin necə alovlandığı və ya göyərtəsində kiminsə olub-olmadığı hələ də aydın deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
icma.az

3Mənbələr