ABŞ Sahil Mühafizəsi dənizdə bir sıra əməliyyatlar keçirib. Nəticədə dəyəri 220 milyon dollardan çox olan 13,5 tondan çox kokain müsadirə edilib.
Qaziler.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
"ABŞ Sahil Mühafizəsi son vaxtlar narkotik daşıdığı iddia edilən gəmilərin ələ keçirilməsi zamanı 220 milyon dollardan çox kokain ələ keçirdiyini açıqlayıb", - məlumatda deyilir.
Reydlər avqust və sentyabr aylarında Meksika, Mərkəzi və Cənubi Amerika sahillərindəki sularda həyata keçirilib. ABŞ hüquq-mühafizə orqanları yanan gəminin fotosunu yayıb. Bununla belə, kanal vurğulayır ki, gəminin necə alovlandığı və ya göyərtəsində kiminsə olub-olmadığı hələ də müəyyən edilməyib.
QAZİLER.AZ