AZ

"Qızıl top"u qazandığım üçün məni ilk təbrik edən Messi oldu!"

PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ilin mövsümünün ən yaxşı futbolçusuna verilən “Qızıl Top” mükafatını qazandıqdan sonra ilk təbrik mesajını “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi aldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə fransalı forvard “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“‘Qızıl Top’la ilk kim təbrik etdi? Leo Messi! O, mənə birbaşa mesaj göndərdi”

Dembele və Messi 2017-2021-ci illərdə “Barselona”da birgə çıxış ediblər.

Keçən mövsümdə Dembele klub səviyyəsində bütün turnirlərdə 53 matçda iştirak edib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib. PSJ ilə o, Fransa çempionu olub, milli Kubok və Superkuboku qazanıb, həmçinin UEFA Çempionlar Liqasını fəth edib.

Seçilən
20
90deqiqe.az

1Mənbələr