AZ

2025-ci ilin “Qızıl top” üçün səsvermənin nəticələri açıqlandı

“Qızıl top”un "X" sosial şəbəkə hesabında ötən mövsüm üçün keçirilən səsvermənin nəticələri açıqlanıb.

News24.az xəbər verr ki, mükafatı 1380 xal toplayan Paris Saint-Germain-in futbolçusu Usman Dembele qazanıb.

“Barselona”nın cinah oyunçusu Lamine Yamal 1059 xalla ikinci olub. İlk üçlüyü 703 xalla PSJ-nin yarımmüdafiəçisi Vitinya tamamlayıb.

Dembele ilk dəfə “Qızıl top”u qazanıb.

Paris klubu ilə Dembele son illərdə beş kubok qazanıb: Fransa Çempionatı , Fransa Kuboku, Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku. Millətlər Liqasında Fransa millisi üçüncü yer uğrunda görüşdə Almaniya millisini məğlub edərək bürünc medal qazandı .

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, ümumiyyətlə, ən nüfuzlu fərdi futbol mükafatı hesab olunur. İlk Ballon d'Or mərasimi 1956-cı ildə keçirilib.


Seçilən
93
2
news24.az

3Mənbələr