AZ

Oktyabr çağırışı üzrə xidmət yerləri açıqlandı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Oktyabrda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerləri barədə məlumatlandırılıblar.

“Qafqazinfo”nun məlumatına görə, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytındakı müvafiq bölməyə daxil olaraq xidmət edəcəkləri hərbi-hissələri öyrənə bilərlər.

Bundan əlavə, mobil telefondan şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil vəsiqələrdə isə seriya və nömrəni birləşdirilmiş şəkildə) 9100 nömrəsinə SMS vasitəsilə göndərməklə də xidmət yerini bilmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
13
qafqazinfo.az

10Mənbələr