Oktyabrda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerləri barədə məlumatlandırılıblar.
Adalet.az-ın məlumatına görə, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytındakı müvafiq bölməyə daxil olaraq xidmət edəcəkləri hərbi-hissələri öyrənə bilərlər.
Bundan əlavə, mobil telefondan şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil vəsiqələrdə isə seriya və nömrəni birləşdirilmiş şəkildə) 9100 nömrəsinə SMS vasitəsilə göndərməklə də xidmət yerini bilmək mümkündür.