AZ

Balkondan yıxılaraq ölən müğənni Güllünün son müsahibəsi gündəm oldu

Altıncı mərtəbədəki evinin balkonundan yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni Güllünün verdiyi son müsahibə gündəm olub.

Bu barədə Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Bir çox unudulmaz mahnıların ifaçısı olan tanınmış sənətçi həyatı haqqında film çəkilərsə, baş rolu məşhur aktrisa Serenay Sarıkayanın canlandırmasını istədiyini deyib.

"Həyatım filmə çevrilsə, Serenay Sarıkayanın baş rolda oynamasını çox istərdim. Davranışı və nəcibliyi ilə bambaşqa bir insandır. Hətta "Instagram"da bir-birimizlə gizli yazışırıq", - deyə Güllü qeyd edib.

Müğənninin Sarıkayanı tez-tez təriflədiyi də bildirilir. İndi isə aktrisanın "Sabah olmadan" mahnısını oxuduğu anlar yenidən gündəmə çevrilib.

Xatırladaq ki, ötən gecə məşhur türkiyəli müğənni Güllü 6-cı mərtəbədəki evinin balkonundan yıxılaraq ölüb. Uzun müddətdir Yalova şəhərinin Çınarcık rayonunda yaşayan müğənni qızı və onun dostu ilə birlikdə 6-cı mərtəbədəki evinin balkonunda oturduğu zaman əhvalı pisləşib və yıxılıb. Sənətçi hadisə yerində həyatını itirib.

 

Seçilən
38
1
moderator.az

2Mənbələr