AZ

Generalların kütləvi çağırışı ABŞ ordusunda hansı dəyişikliklərin anonsudur?

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

The Washington Post-un yaydığı məlumata görə, ABŞ müdafiə naziri Pit Hegset gələn həftə yüzlərlə general və admiralları Virciniyadakı Dəniz Piyadaları bazasında təcili toplantıya çağırır.

Bildirilib ki, fövqəladə göstəriş bu həftənin əvvəlində verilib və dünyanın müxtəlif yerlərində yerləşən yüksək rütbəli komandirlərə göndərilib.

Pentaqonun sözçüsü Şon Parnell təsdiqləyib ki, Hegset “gələn həftənin əvvəlində hərbi komandirlərə müraciət edəcək”.

Hazırda təxminən 800 general və admiral ABŞ-də və 10-larla digər ölkədə yerləşib. Məlumata görə, Hegsetin əmri briqada generalı və daha yüksək rütbəli bütün zabitlərə, həmçinin onların baş müşavirlərinə aiddir.

Bu xəbər ABŞ-də çox ciddi narahatlıq və ajiotaj yaradıb. ABŞ tarixində hələ belə bir hal yaşanmayıb, faktiki olaraq ABŞ-nin bütün general və admiralları bir toplantıya çağırılıb və ən əsası, heç bir izahat, səbəb göstərilmədən.

Hal-hazırda ABŞ-nin hərbi mütəxəssisləri, sabiq hərbi rəhbərləri fərqli fərziyyələr irəli sürürlər və hərbi dairələrdə gərgin əhval-ruhiyyə hökm sürür.

Kamran Cəfərov

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr