AZ

Qaradğda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

26 sentyabr 2025-ci il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt (Qazax) yolunun 30-cu kilometrliyində ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkilləri Aydın Heseynov, Səbinə Xasıyeva, Zaur Şükürov, Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayonun fəal sakinləri iştirak edib.

Daha sonra Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın müavini və şöbə müdirləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, öz çıxışda qeyd etdi ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycana qarşı növbəti təcavüzə başladılar.

Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Müharibə başlanandan Zəfər Gününə qədər Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Şuşa əraziləri işğaldan azad edildi. 44 günlük Vətən müharibəsindən sonra – Ağdam, Kəlbəcər, Laçın rayonları üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarıldı. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bu qələbədə Ali Baş Komandanın, xalqın və Ordunun birliyi əsas rol oynadı. Çıxış edən Millət vəkili Aydın Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Millət vəkili Səbinə Xasayeva iştirakçıların diqqətinə çatdırdı ki, 44 günlük müharibədən sonra 2023-cü il sentyabrın 20-sində Azərbaycan silahlı qüvvələri antiterror əməliyatı ilə ərazilərimizin bütövlüyünü və suverenliyini tam təmin etdi. Hazırda Qarabağ ərazisində tikinti, quruculuq və bərpa işləri yüksək səviyyədə və sürətlə davam etməkdədir. Məcburi köçkünlər də mərhələli şəkildə öz yurdlarına qayıdırlar. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzərində gərgin iş aparılır. Ümidvarıq ki, Ali Baş Komandanın apardığı siyasət sayəsində tezliklə böyük sülhə nail olunacağıq. Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev tarixi keçmişimizi diqqətə çatdıraraq Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə aparan və qələbələrə nail olan sərkərdələrin fəaliyyətindən danışdı. Ümumilli Liderin müstəqillik dövründəki hakimiyyəti illərində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı siyasətindən danışdı. Ali Baş Komandanın bütün tarixi mübarizələrin Zəfər və ərazi bütövlüyü ilə yekunlaşdırdığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram və diqqət, qayğı göstərdiyini vurğuladı. Çıxış edən şəhid valideynləri və müharibə iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərimizə şəfalar, iştirakçılara cansağlığı və uğurlar arzuladı.

Seçilən
33
4
unikal.az

10Mənbələr