AZ

Ağdamda əməyin mühafizəsinə dair mediatur təşkil olundu

AĞDAM, 26 sentyabr. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Ağdamda media nümayəndələri üçün əməyin mühafizəsinə dair müəssisələrə mediatur təşkil edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, media tur Vətən Müharibəsinin 5 - ci ildönümünə həsr olunub.mediaturda sosial tərəfdaş qurumların nümayəndələri olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak ediblər.

Mediaturun məqsədi işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işləri, maarifləndirmə tədbirlərini və müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraitini ictimaiyyətə təqdim etmək olub. Mediatur çərçivəsində Ağdam sənaye parkında fəaliyyər göstərən 3 istehsal müəssisəsinə baxış keçirilib.

Seçilən
12
teleqraf.com

1Mənbələr