AZ

Ceyhun Məmmədov: "12 minə yaxın sağlamlıq imkanı məhdud uşaq təhsilə cəlb olunub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son vaxtlar Azərbaycanda inklüziv təhsillə bağlı bir çox işlər həyata keçirilir. Bu gün Azərbaycanda təxminən 60-70 min sağlamlıq imkanı məhdud olan uşaq var".
Oxu.Az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Dünyada bu tendensiya sürətlə gedir. Doğulan hər 39 uşaqdan birində bu özünü göstərir. Getdikcə Azərbaycanda da bu özünü göstərir. 12 minə yaxın sağlamlıq imkanı məhdud uşaq təhsilə cəlb olunub. Onlardan 1 105-i xüsusi məktəblərdə, 2 664-ü internat məktəblərində, 7 750-si evdə təhsilə cəlb olunub. Son rəqəmə görə təxminən 70-ə yaxın bizim belə məktəbimiz var. Bu istiqamətdə, xüsusilə bölgələrdə sağlamlıq imkanı məhdud olan uşaqlarla bağlı çətinliklər yaşanır. Ona görə inklüziv məktəbin imkanlarının artırılması barədə düşünməliyik", - deyə deputat bildirib.
Məhərrəm Əliyev
Seçilən
34
50
oxu.az

10Mənbələr