AZ

Peterburqdan Gəncəyə metadon gətirən şəxs saxlanıldı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Cebheinfo.az" Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt-Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
12
19
cebheinfo.az

10Mənbələr