"Real Madrid" klubu PSJ-nin futbolçusu Vitinyanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" portuqaliyalı futbolçu üçün 50 milyon avro və əlavə olaraq Rodriqonu verməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Vitinya 2022-ci ildən PSJ-dən çıxış edir. O, "Qızıl top" sıralamasında Usman Dembele və Lamin Yamaldan sonra 3-cü yeri tutub.

Rodriqo bu yay "Real Madrid"dən ayrılmağa yaxın idi. Lakin o, sonda klubda qaldı.